Gələn ay Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşü keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin iyul ayında Berlinə rəsmi səfəri yüksək səviyyəli görüşlər və məzmunlu müzakirələrlə yadda qalıb: "Səfər çərçivəsində ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyanat imzalanıb, Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması barədə razılıq əldə olunub. Alman tərəfdaşlarımızla birlikdə hazırda bu siyasi dinamikanı maliyyələşdirilə bilən layihələrə çevirmək və onların uğurla icrası üçün tələb olunan maliyyələşməni təmin etmək istiqamətində çalışırıq. Bu səyləri irəlilətmək, hazırda müzakirə olunan konkret təşəbbüsləri davam etdirmək və Azərbaycan-Almaniya Biznes Şurasının təsis görüşünü keçirmək məqsədilə bu il noyabrın əvvəlində Almaniyaya səfər etməyi planlaşdırırıq".
"Biz Almaniyanı Azərbaycanın prioritet sektorlarının inkişafında əsas sənaye tərəfdaşı kimi görürük və Almaniya şirkətləri ilə əməkdaşlıq üçün konkret imkanlara dair açıq, praktiki müzakirələri alqışlayırıq. Azərbaycan və Almaniya arasında Ticarət və İnvestisiyalar üzrə mövcud Yüksək Səviyyəli İşçi Qrup iqtisadi əməkdaşlığımız üçün aydın çərçivə və strateji istiqamət yaradır. Ötən ilin sentyabrında keçirilən son sessiya dialoqumuza yeni təkan verib və birgə prioritetlərimizin irəliləməsinə kömək edib", - deyə nazir müavini əlavə edib.
Rəqəmsal gigiyena: “Kaspersky Premium”damacOS üçün tətbiq silinməsi funksiyası əlavə olunub
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb
Mastercard biznes göstəriciləri və süni intellekt sahəsində innovasiyalara görə qlobal liderlər sırasında
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır