O, proqramlar silindikdən sonra qalan tətbiq nüsxələri və qalıq fayllardan qurtulmağa kömək edir.
Kaspersky tərəfindən "Kaspersky Premium" həlli macOScihazları üçün "App Uninstaller" (Tətbiq silən) funksiyası əlavə edilməklə yenilənib. Bu funksiya proqramlar silindikdən sonra qalan faylları (məsələn, keş və ya kukilər) təmizləməklə yaddaş sahəsini boşaldır. Beləliklə, istifadəçilər yararlı disk sahəsini geri qaytara və noutbuklarındakı rəqəmsal səliqəsizlikdən xilas ola bilirlər.
Təmizləmə zamanı ortaya çıxan çətinliklər. Kaspersky-nin sorğusuna* əsasən, macOS istifadəçilərinin yarıdan çoxu brauzer tarixçəsini, kukiləri, keşi və müvəqqəti faylları təmizləyir (56%), həmçinin foto və videolar kimi lazımsız faylları silir (54%). Bununla belə, respondentlərin yalnız yarıdan az hissəsi (44%) istifadə olunmayan tətbiqləri silir. Lakin istifadəçilər lazımsız proqramları tullantı səbətinə atsa belə, cihazda qalıq fayllar qalır ki,onları aşkara çıxarmaq çətin ola bilər. Bəzi hallarda isə, məsələn, veb-brauzerlərdə, onlar hətta tətbiqin özündən daha çox yer tuta bilər. Bundan əlavə, bəzi tətbiqlər və onların komponentləri standart macOS interfeysində ümumiyyətlə görünməyə bilər.
Digər bir problem isə bu cür fayllarda hesab tokenləri, saxlanılmış şifrələr, aktivlik jurnalı, IP ünvanları, istifadəçi adları, sənəd fraqmentləri, şəkillər, yazışmalar və şəxsi qovluqlara qısa yollar kimi həssas məlumatların yer ala bilməsidir. Cihaz təmizlik aparılmadan satılarsa və ya təcavüzkarlar ona giriş əldə edərlərsə, şifrələri bərpa etməyə, əvvəlki sahibinin hesablarına daxil olmağa və şəxsi məlumatları oğurlamağa cəhd edə bilərlər.
“Kaspersky Premium”dakı yeni funksiya əsasən yaddaş diskində sahə çatışmazlığı problemini həll edir, başqa sözlə, tətbiq silindikdə bu funksiya onunla əlaqəli silinə bilən qalıq faylları aşkarlayır. Bu, tullantı qutusuna daha əvvəl göndərilən proqramlara da aiddir. Lakin hazırda digər tətbiqlər tərəfindən istifadə olunan faylları, məsələn, “Microsoft Office” paketi üçün ümumi komponentləri silmir. Bundan əlavə, "Tətbiq silinməsi" funksiyası həssas məlumatların sızması və təcavüzkarlar tərəfindən istismar edilməsi riskini azaltmağa kömək edir.
Bu funksiya həmçinin təkrarlanan tətbiqləri, məsələn, səhvən suəti çıxarılan və ya birdən çox mənbədən quraşdırılmış tətbiqləri də silə bilər. İstifadəçilər bütün dublikatları birdən silə və ya artıq olanları seçə bilərlər. Lazım gələrsə, fayllar ya tullantı qutusundan, ya da “Kaspersky Premium” tətbiqinin özündən (bağlanmadığı təqdirdə) bərpa edilə bilər.
"Cihazlarda saxlanılan məzmunun həcmi durmadan artır. Təbii ki, zamanla istənməyən elementlərdən qurtulmaq ehtiyacı meydana çıxır. Müxtəlif satıcıların utilit dəstlərinəetibar etmək əlverişsiz və çox vaxt təhlükəlidir. MacOSüçün ‘Kaspersky Premium’da quraşdırılmış ‘Tətbiq silinməsi’ funksiyası ilə istifadəçilər əlavə proqram təminatı quraşdırmadan cihazın yaddaşından istənməyən faylları və proqramları bir neçə kliklə təhlükəsiz şəkildə silə bilərlər. ‘Kaspersky Premium’ yalnız təhlükəsizliyi təmin etməyə deyil, həm də rəqəmsal səliqəni qorumağa kömək edir", - deyə Kaspersky-nin İstehlakçı məhsullarının idarə edilməsi üzrə vitse-prezidenti İrina Ermilova bildirir.
Müdafiəni gözardı etmək təhlükəlidir. macOScihazlarının kibertəhdidlərə qarşı yaxşı qorunduğuna dair ümumi təsəvvür mövcuddur, lakin müasir təhdidlər sadə viruslardan qat-qat təhlükəli və əhatəlidir. Bunlara fidyətələb edən proqramlar (ransomware), troyanlar, casus proqramlar və onlayn fırıldaqçılığın müxtəlif növləri daxil ola bilər. Kaspersky mütəxəssisləri zərərli proqramların özlərini "CleanMyMac", "Mole" və ya "CCleaner Pro" kimi qanuni cihaz təmizləmə proqramları kimi qələmə verdiyi hallarla rastlaşıblar. Buna görə də, hər hansı proqram təminatını yükləyərkən ehtiyatlı olmaq vacibdir.
Kaspersky mütəxəssisləri istifadəçilərə həmçinin tövsiyə edirlər:
• quraşdırılmış təhlükəsizlik proqramına düzgün işləməsi üçün lazım olan icazələri verin;
• təhlükəsizlik yeniləmələrinin vaxtında quraşdırmaq və yeni funksiyalardan istifadə edə bilmək üçün tətbiqləri və əməliyyat sistemini mütəmadi olaraq yeniləyin;
• elektron məktublarda və ya messencerlərdə şübhəli linklərə klikləməkdən çəkinin və faylları yükləyərkənehtiyatlı olun;
• cihazınızı satmazdan və ya başqasına verməzdənəvvəl bütün hesablardan çıxış edin, həssas məlumatları silin və cihazı zavod parametrlərinə sıfırlayın (factory reset).
* "Rəqəmsal həyat: tendensiyalar, risklər və imkanlar" adlı sorğu 2026-cı ilin mart ayında Kaspersky-nin daxili tədqiqat mərkəzi tərəfindən keçirilib. Sorğuda 18 ölkədən 7200 respondent iştirak edib.
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb
Mastercard biznes göstəriciləri və süni intellekt sahəsində innovasiyalara görə qlobal liderlər sırasında
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır