Azərbaycan jurnalistlərinin qurultayının vaxtı dəyişdirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin məlumatında deyilir.
Məlumatda bildirilir ki, təşkilat komitəsi tədbirin keçirilmə tarixinin oktyabrın 15-dən oktyabrın 16-na dəyişdirilməsinə qərar verib ki, bu da hazırlıq işlərinin daha səmərəli şəkildə aparılması zərurətindən irəli gəlir.
"Təşkilat Komitəsi Mətbuat Şurasına üzv təşkilatlara qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin verilməsi prosesini sürətləndirməyə, bunun üçün MŞ-nin "presscouncil.az" veb-saytındakı "Azərbaycan jurnalistlərinin IX qurultayı" bölməsində yerləşdirilmiş təlimatı yerinə yetirməyə (anketləri dolduraraq şəxsən Mətbuat Şurasına çatdırmaq və ya [email protected] elektron ünvanına göndərmək) çağırır".
Qeyd edək ki, nümayəndələrin və namizədlərin verilməsi prosesi oktyabrın 12-də başa çatacaq.
Qurultay oktyabrın 16-da saat 09.00-da öz işinə başlayacaq.
"QHT işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan Mehriban Rəhimliyə şərti cəza verilib
Kimyaçı alimlər metal-polimer katalizatorların dizaynında süniintellekt yanaşmalarını araşdırıblar
Havaların soyuması ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciət edib - VİDEO
Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır