07 oktyabr 2026 16:00
131

AFFA üç komandaya texniki məğlubiyyət verib

AFFA-nın aşağı yaş liqalarında keçirilən oyunlarda qayda pozuntularına görə üç komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Liqasında oktyabrın 4-də keçirilən "Hilal Ağsu" – "Şamaxı" matçında meydan sahibləri Əsasnamənin tələblərini pozaraq ehtiyat heyətə 9 futbolçu əlavə etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni liqada oktyabrın 3-də keçirilməsi nəzərdə tutulan "Səbail" – "Zəfər" qarşılaşması "Səbail"in oyun protokolunu doldurmaması və ev sahibi kimi öhdəliklərini yerinə yetirməməsi səbəbindən baş tutmadığına görə bu kollektivə də 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-13 Liqasında isə oktyabrın 4-də nəzərdə tutulan "Polad" – "Sumqayıt City" matçına "Polad" komandası təyin olunmuş vaxtda gəlmədiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.