08 oktyabr 2026 11:49
99

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması iləbağlı tədbirlər çərçivəsində paytaxtın 166, 194, 505və 506 nömrəli şəhərətrafı, Sumqayıt şəhəri üzrə10V nömrəli şəhərdaxili, eləcə də Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-Ağdam, Bakı-Kürdəmir, Sumqayıt-Qusar, Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy, Mingəçevir-Qəbələ, Şəki-Oğuz, Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki, Qax-Şəki və Astara-Lənkəranşəhərlərarası avtobus marşrutları müsabiqəyəçıxarılır.

Sənədlər 5 noyabr 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndiricişəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

Qeyd: 
- Sumqayıt-Ağsu marşrut xəttinin hərəkət sxemi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlətsərhədi avtomobil yolu ilə müəyyən edilib.

- Balakən-Sumqayıt marşrut xəttinin günaşırı (birgündən bir) olmaqla fəaliyyət göstərməsi nəzərdətutulub.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-İmişli, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-Ağdam vəBakı-Kürdəmir istiqamətlərində 5 lot üzrə noyabrın20-də;

Sumqayıt-Qusar, Sumqayıt-Beyləqan, Sumqayıt-Ağsu, Mingəçevir-Gədəbəy və Mingəçevir-Qəbələistiqamətlərində 5 lot üzrə noyabrın 24-də;

Şəki-Oğuz, Qax-Gəncə, Balakən-Sumqayıt, Bərdə-Şəki və Astara-Lənkəran istiqamətlərində 5 lot üzrənoyabrın 27-də;

Paytaxtın 166 nömrəli (Maştağa qəsəbəsi –Naxçıvanski küçəsi), 194 nömrəli (Qobu Park yaşayış kompleksi – metronun “20 Yanvar”stansiyası), 505 nömrəli (Ceyranbatan qəsəbəsi – “Sədərək” ticarət mərkəzi – “Abşeron” ticarətmərkəzi), 506 nömrəli (Masazır kəndi – “Abşeron” ticarət mərkəzi – “Sədərək” ticarət mərkəzi) şəhərətrafı, Sumqayıt şəhərində 10V nömrəli(H.Z.Tağıyev qəsəbəsi (“Kosmonavt” yaşayış massivi– Sülh prospekti (mərkəzi bazar) şəhərdaxili və Qax-Şəki şəhərlərarası marşrutları üzrə 6 lotda dekabrın1-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.