13 oktyabr 2026 13:43
107

Zelenski Ukraynanın tərəfdaşlarından kəşfiyyat məlumatları almadığını təsdiqləyib

Ukrayna ötən gecə baş verən partlayışlar öncəsi tərəfdaşlarından heç bir kəşfiyyat məlumatı əldə etməyib. Bu barədə Vladimir Zelenski məlumat verib.

“İki sahil” xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb

"Təəssüf ki, tərəfdaşlardan heç bir xəbərdarlıq gəlmədi", — deyə o, qeyd edib.

Xatırladaq ki, bazar ertəsi gecə saatlarında Ukrayna KİV-i Kiyevdə baş verən partlayışların hava həyəcanı siqnalı elan edilməmişdən əvvəl baş verdiyini bildirmişdi.