13 oktyabr 2026 14:22
113

ABŞ-ın hərbi büdcəsi 1,5 trilyon dollara yüksələ bilər

ABŞ-ın hərbi büdcəsi Konqresə aralıq seçkilərdən sonra 1,5 trilyon dollara qədər arta bilər.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Konqresinin Senatının silahlı qüvvələr komitəsinin sədri, respublikaçı Rodjer Uiker bildirib.

"ABŞ Prezidenti Trampın administrasiyası milli müdafiə büdcəsini əhəmiyyətli dərəcədə – 1,5 trilyon dollardan çox artırmağı təklif edib. Əgər prezident istəyinə nail olarsa və üç həftədən sonra keçiriləcək aralıq seçkilərdən sonra Konqres də razılaşarsa, biz milli müdafiəyə heyrətamiz məbləğ olan 1,5 trilyon dollar ayıracağıq", — deyə o,  Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.

Aprel ayında Ağ Ev ABŞ Konqresindən 2027-ci maliyyü ili üçün rekord həddə – 1,5 trilyon dollar məbləğində hərbi büdcə üçün maliyyələşdirmə rəsmi olaraq tələb etmişdi.