Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının yeni tərkibi formalaşıb.
“İki sahil” APA-ya istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı yeni tərkibi formalaşdırılan Veteranlar Şurasında yer almayıb.
Qərar YAP İdarə Heyətinin qurultaydan sonra keçirilən ilk iclasında müzakirə edilib.