17 oktyabr 2026 19:00
129

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Kosalar kəndi ərazisində hərəkətdə olan “VAZ 21015” markalı minik avtomobili yolu keçmək istəyən 2014-cü il təvəllüdlü S.Xəlilovanı vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb, onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

AZƏRTAC