Misli Premyer Liqasında 8-ci turunda "Qarabağ" "Neftçi" ilə üz-üzə gəlib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində qonaqların futbolçusu Qustavo Klisman hesabı açıb. 18-ci dəqiqədə "Qarabağ"ın futbolçusu Aleksey Kaşuk bərabərlik qolunu vursa da 34-cü dəqiqədə özünün və komandasının ikinci qolunu vuran Qustavo Klisman yenidən "Neftçi"ni hesabda önə çıxarıb. 52-ci dəqiqədə Draqolyub Saviç bakılıların üstünlüyünü iki qola yüksəldib – 1-3. 89-cu dəqiqədə Renaldo Sefasın fərqi minimuma endirdiyi yarışın 90+4-cü dəqiqəsində Kadi Borqes “Qarabağ”ın bərabərlik qolunu vurdu - 3-3
Misli Premyer Liqası,
8-ci tur
17 oktyabr (şənbə)
19:00. “Qarabağ” 3-3 “Neftçi”
Qollar: Qustavo Klisman, 11 (0:1), Aleksey Kaşuk, 18 (1:1), Qustavo Klisman, 34 (1:2), Draqolyub Saviç, 52 (1:3), Renaldo Sefas, 89 (2:3), Kadi Borqes, 90+3 (3:3)
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev, Əli Əliyev (VAR), Pərvin Talıbov (AVAR)
Tofiq Bəhramov adına Respublika Stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”