Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Masallı rayon sakini 1979-cu il təvəllüdlü Nəcəfov Nicat Şahbala oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində xəsarət alan Masallı rayon sakinləri - 1957-ci il təvəllüdlü Əzəmət Əkbərova və 1970-ci il təvəllüdlü Müşfiq Mikayılov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, M. Mikayılov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib
XXIV Beynəlxalq İncəsənət Festivalı “Yaroslavl gəzintiləri”ndə Azərbaycan mədəniyyəti təbliğ olunub
TDT Baş katibi: Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının dözümlülüyünü təcəssüm etdirir