18 oktyabr 2026 14:57
117

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Misir Prezidenti Əbdülfəttah əs-Sisinin sədrlik etdiyi Milli Müdafiə Şurasının iclasında Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” telekanalı məlumat yayıb.

Şuranın qərarında bildirilir ki, “Misir Səudiyyə Ərəbistanına hər cür yardım və dəstək göstərəcək”.