Yunanıstanın şimal-şərqindəki Pieriya vilayətində birmühərrikli təyyarə qəzaya uğrayıb, hər iki pilot həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "ERT-news" telekanalı məlumat yayıb.
Təyyarə Pieriya aeroklubunun uçuş-enmə zolağının yaxınlığında tapılıb. Qəza nəticəsində yanğın baş verməyib. Yanğınsöndürmə xidmətinin operativ mərkəzi hadisə yerinə səkkiz yanğınsöndürən göndərib, onlar əraziyə çatdıqda təyyarənin yanında iki pilotun cəsədini aşkar ediblər.
Hadisənin səbəbləri araşdırılır.
Avropanın dörd ölkəsində yüzlərlə məktəb partlayış təhlükəsi xəbərdarlığı alıb
Rusiya İrandan Rəşt-Astara dəmir yolu üçün torpağın satın alınmasının təsdiqini gözləyir