ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həlli üçün innovativ yollar axtarır və Rusiya ilə dizel yanacağı müqaviləsi də belə həll yollarından biridir.
“İki sahil” xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Rayt bunu CNN-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Trampın müqaviləsi Rusiyaya təzyiq göstərir, çünki Moskvanın ixrac üçün əlavə dizel yanacağı əldə etməsinin yeganə yolu Ukrayna ilə münaqişəyə son qoymaqdır.
"Bu, Rusiyaya qarşı yumşaqlıq əlaməti deyil. Bu, müharibəyə son qoymaq üçün stimuldur", - ABŞ-nin energetika naziri deyib.
O əlavə edib ki, ABŞ Rusiya neftinə qarşı heç bir sanksiyanı yumşaltmayıb və yumşalma yalnız Rusiya dizel yanacağı tədarükünə aiddir.
Tramp oktyabrın 9-da Rusiya dizel yanacağının ABŞ və qlobal bazarlara genişmiqyaslı tədarükü üçün müqavilə elan edib. Həmin günün sonunda ABŞ Maliyyə Nazirliyi Rusiya dizel yanacağının qlobal bazara daxil olmasına yol açıb və onu 7 aprel 2027-ci ilə qədər ABŞ-nin sanksiyalarından müvəqqəti azad edib.
Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsi Çinin etirazına səbəb olub
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
“Reuters”: ABŞ mühüm kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini davam etdirir