18 oktyabr 2026 23:46
97

Batumidə 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü qeyd olunub

Azərbaycanın Batumidəki Baş konsulluğunun təşəbbüsü ilə Heydər Əliyev Otağının nəzdində yaradılan “Bazar günü” məktəbində 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş xüsusi dərs keçirilib.

“İki sahil” xəbər verir ki, dərsdə şagirdlərə bu əlamətdar günün tarixi əhəmiyyəti, xalqımızın azadlıq mübarizəsi və müstəqilliyin milli dəyərlərimizdəki yeri barədə məlumat verilib.

Bildirilib ki, Müstəqilliyinin Bərpası Günü Azərbaycan xalqının azadlıq iradəsinin rəsmi təntənəsidir.

Şagirdlər bu əlamətdar günə həsr olunmuş şeirlər söyləyiblər.