19 oktyabr 2026 08:16
107

Kanadada hərbi bazada yanğın nəticəsində 39 nəfər xəstəxanaya yerləşdirilib

Kanadanın Alberta əyalətində yerləşən Ueynrayt hərbi bazasında partlayış və sonradan baş verən yanğın nəticəsində 39 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ən azı 19-nun vəziyyəti ağırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Alberta əyalətinin qubernatoru Danielle Smit məlumat verib. Onun sözlərinə görə, yaralılardan bəziləri ağır yanıq xəsarətləri alıb və uzunmüddətli müalicəyə ehtiyac duyacaqlar.

Kanadanın Baş naziri Mark Karni daha əvvəl hadisə nəticəsində dörd hərbçinin həlak olduğunu açıqlayıb. Hadisə oktyabrın 17-də hərbi təlimlər zamanı baş verib. Hakimiyyət orqanları bunun terror aktı olmadığını bildirib, hadisənin səbəbləri isə araşdırılır.

“Global News” telekanalının məlumatına görə, yanğına təlim zamanı mərminin qaz boru kəmərinə dəyməsi səbəb ola bilər. Güclü külək alovun ətrafa yayılmasına, sonradan isə əlavə partlayışların baş verməsinə gətirib çıxarıb.