19 oktyabr 2026 23:47
136

Lima aeroportunda təcili təxliyə: Təyyarənin mühərriki alovlandı! - VİDEO

Peruda sərnişinləri olan təyyarə havaya qalxmağa hazırlaşarkən alovlanıb.

“İki sahil” xəbər verir ki, bu haqda “Shot” teleqram kanalının məlumat yayıb.

Belə ki, Limadakı Xorxe Çaves adına Beynəlxalq Hava Limanından havaya qalxmağa hazırlaşan “LATAM Airlines” şirkətinə məxsus “Airbus A320” təyyarəsinin sol mühərrikindən qəfil alovlar çıxmağa başlayıb.

Həmçinin partlayış səslərinin eşidildiyi bildirilir. Ekipaj üzvləri dərhal bütün sərnişinləri təxliyə ediblər.

İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Yanğının səbəbi hələlik açıqlanmayıb.