20 oktyabr 2026 20:39
215

"Turan" klubu CEV Çempionlar Liqasındakı ilk oyununda qələbə qazanıb

"Turan"ın qadınlardan ibarət voleybol komandası CEV Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb.

“İki sahil” xəbər verir ki, Xorvatiyanın "Mladost" klubu ilə üz-üzə gələn Tovuz təmsilçisi turnirin II təsnifat mərhələsində rəqibini 3:0 (25:20, 25:16, 25:16) hesabı ilə mğlub edib.

Qarşılaşma Tovuz Olimpiya İdman Kompleksində keçirilib.

Qeyd edək ki, "Turan" Xorvatiya təmsilçisi ilə cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək.