23 oktyabr 2026 18:49
112

Laçın və Kəlbəcər rayonlarından olan sakinlərin qəbulu keçirilib

Oktyabrın 23-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli Laçın və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib.

“İki sahil” xəbər verir ki, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Görüşdə vətəndaşların müraciətləri əsasən avtomobil yollarının vəziyyəti, yolların təmiri və yenidən qurulması, həmçinin məşğulluq məsələləri ilə bağlı olub.

Səsləndirilən məsələlərin araşdırılması və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib.