Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 111,498 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur.
Hesabat dövründə Azərbaycandan 61,15 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib. Bu isə 1 il əvvələ nisbətən 41,7 % çoxdur.
Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,84 %-ni, ixrac isə ümumi ixracın 0,26 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.