Omskda logistika mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) zərbəsinə məruz qalıb.
“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vitali Xotsenko "Maks" messencerində bildirib.
Onun sözlərinə görə, personal operativ şəkildə təxliyə edilib.
Bunun fonunda "Ozon" marketpleysi xəsarət alanların olmadığını, lakin obyektdə yanğın başladığını açıqlayıb. Zərbənin endirildiyi yerdə fövqəladə xidmətlər işləyir.
Şirkətdən əlavə ediblər ki, satıcıların tədarüklərini bu mərkəzə müvəqqəti olaraq qəbul edilmir, artıq orada yerləşdirilənlər isə vitrindən çıxarılıb. Hazırda "Ozon" zədələnmiş kompleksdən logistika marşrutlarını başqa istiqamətə yönləndirir.
Böyük Britaniyada güclü fırtına nəqliyyatın hərəkətini pozub, kütləvi tədbirlər ləğv edilib
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib