25 oktyabr 2026 17:15
131

Sumqayıtda beş avtomobil toqquşub

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb.

Belə ki, "BMW", iki "Toyota", "Hyundai" və "Chery" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində hər beş avtomobilə ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.

"Report"