26 oktyabr 2026 20:23
126

Azərbaycan millisi FIFA U-15 dünya çempionatında Haitiyə uduzub

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatının AF qrupunda sonuncu oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Haiti seçməsi ilə qarşılaşıb. Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutan matç rəqibin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycanın U-16 yığması mundialdakı ilk oyununda Timor-Lesteni 6 cavabsız qolla üstələyib. Andorraya minimal hesabla (1:0) qalib gələn millimiz Avstraliyaya 1:3 hesabı ilə uduzub. Komanda bu gün keçirdiyi ilk qarşılaşmada isə İsraili məğlub edib - 3:1.

FIFA U-15 dünya çempionatı və festivalına oktyabrın 30-da yekun vurulacaq.