28 oktyabr 2026 10:40
133

İsraildə parlament seçkiləri: "Likud" liderlik edir, lakin...

İsraildə Baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası Knessetə (parlamentə) keçirilən seçkilərin yekunlarına əsasən birinci yeri tutur.

“İki sahil” xəbər verir ki, bu barədə səsvermə məntəqələri bağlandıqdan sonra "Kan-11" dövlət telekanalının yaydığı "exit poll" nəticələrində bildirilir.

Məlumata görə, "Likud" 120 yerlik parlamentdə 25 mandar əldə edir. Onun əsas rəqibi — Qadi Ayzenkotun "Yaşar" partiyası isə ikinci yerdə qərarlaşıb. Bununla belə, müxalifət bloku hazırkı hakim koalisiya partiyalarının blokunu üstələyir.

Mərkəzi Seçki Komissiyasının səslərin ilkin nəticələrini oktyabrın 29-da açıqlayacağı, seçki prosedurlarının yekun nəticələrinin isə ən geci noyabrın 4-dək rəsmi dərc olunacağı gözlənilir.