28 oktyabr 2026 22:42
140

Bakıda məktəbdə çəkiliş edən media nümayəndələri hücuma məruz qalıb, saxlanılanlar var - VİDEO

Bu gün paytaxtın Yasamal rayonu 225 saylı məktəbdə çəkiliş edən media nümayəndələri fiziki zorakılığa məruz qalıb.

“İki sahil” APA-ya istinadla xəbər verir ki, hadisə ilə bağlı polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 28-də Yasamal rayonu 225 saylı məktəbdə 7-ci sinif şagirdi pəncərədən düşərək ölüb.

Real TV və Space TV-nin əməkdaşları hadisə ilə əlaqədar məktəbə gedib, çəkiliş apararkən bir qrup şəxsin hücumuna məruz qalıb.

Polisin müdaxiləsindən sonra insidentin qarşısı alınıb.

Hadisə nəticəsində media nümayəndələri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.