30 oktyabr 2026 12:15
129

Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!

2026-cı il 4 noyabr tarixində Britaniya Ticarət Palatasının Azərbaycandakı (BCCA) Dayanıqlılıq və Enerji Komitəsi ACCA ilə tərəfdaşlıq çərçivəsində “Azərbaycanda dayanıqlılıq hesabatlılığı: irəliləyişin izlənilməsi və hazırlığın gücləndirilməsi” (“Sustainability Reporting in Azerbaijan: Tracking Progress and Building Readiness”) mövzusunda panel müzakirəsi keçirəcək.

Tədbirdə Azərbaycan Respublikasının Auditorlar Palatası sədrinin rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə müavini Qoşqar Əhmədov çıxış edəcək.

Panel müzakirəsində Azərbaycanda dayanıqlılıq hesabatlılığının mövcud vəziyyəti, bu sahədə normativ-hüquqi tənzimləmənin inkişaf istiqamətləri, eləcə də müəssisələrin hesabatlılığa hazırlıq səviyyəsinin artırılması üçün zəruri praktiki addımlar diqqət mərkəzində olacaq.

Müzakirə zamanı iştirakçılar dayanıqlılıq hesabatlılığının tətbiqi ilə bağlı təcrübə və yanaşmalarını bölüşəcək, eyni zamanda bu sahədə qarşıda duran çağırışları və inkişaf perspektivlərini nəzərdən keçirəcəklər.

Panel müzakirəsi dayanıqlılıq hesabatlılığının inkişaf etdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və biznes subyektlərinin bu istiqamətdə hazırlığının gücləndirilməsi baxımından əhəmiyyətli platforma olacaq.