12 noyabr 2026 09:27
73

Qazaxıstan 10 ayda BTC ilə 1,3 milyon tondan çox neft tədarük edib

Qazaxıstanın "KazTransOil" milli şirkəti 2026-cı ilin yanvar-oktyabrında Aktau dəniz limanı vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində 1 milyon 321 min ton neft tranzit edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" şirkətə istinadən xəbər verir.

"KazTransOil"un imkanlarından istifadə edərək, Aktau limanında tankerlərə yüklənmiş neftin ümumi həcmi 2 milyon 922 min ton təşkil edib ki, bu da illik müqayisədə təxminən 11 % artım deməkdir.

Cari ilin 10 ayında şirkət əsas boru kəməri sistemi vasitəsilə neft nəqlinin həcmini 4,6 % artıraraq, 38 milyon 306 min tona çatdırıb.