Türkiyədə xidməti avtobusla minik avtomobili toqquşub.
“İki sahil” yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sivas şəhərinin Suşehri rayonunda qeydə alınıb.
Qəza nəticəsində 16 nəfər xəsarət alıb. Hadisə yerinə təcili yardım və jandarm əməkdaşları cəlb olunub.
Yaralılar Suşehri Dövlət Xəstəxanasına aparılıb. Onlarda ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəzanın başvermə səbəbi açıqlanmır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Rio-de-Janeyroda əhalinin üçdə biri cinayətkar qruplaşmaların nəzarəti altında yaşayır
Şimali Koreya lideri yeni dəniz bazasının tikintisinin sürətləndirilməsini tapşırıb