Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq.
“İki sahil” xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransında bildirib.
"Liderlər razılaşıblar ki, Ukraynada sülh üzrə danışıqlarda komandamızı Avropa İttifaqının institutları və "İstəklilər koalisiyası"nın E5 ölkələri təşkil edəcək. Bizim Avropa komandamız sıx koordinasiya və tam birlik şəraitində fəaliyyətini davam etdirəcək", - o bildirib.
Koştanın sözlərinə görə, Avropa Ukraynanın gələcəyini və qitənin təhlükəsizliyini müəyyən edən bütün müzakirələrdə vahid səslə çıxış etməlidir. Danışıqlar prosesində Aİ-ni məhz kimin təmsil edəcəyi ilə bağlı sualı cavablandıran Koşta izah edib ki, Avropa institutları arasında səlahiyyət bölgüsü Aİ-nin təsis müqavilələri ilə müəyyən olunub. O, Aİ-ni xarici siyasət və təhlükəsizlik məsələləri üzrə, Avropa Komissiyasının (AK) sədri isə İttifaqı AK-nin səlahiyyətinə daxil olan məsələlər üzrə təmsil edir.
Aİ Şurasının rəhbəri əlavə edib ki, Aİ Ukraynanın Avropa gələcəyinin, onun bərpası və rifahının müzakirəsində mərkəzi rol oynamalıdır. Təhlükəsizlik zəmanətləri məsələsi, onun sözlərinə görə, NATO ilə sıx koordinasiya şəraitində İstəklilər koalisiyası çərçivəsində həll edilməlidir.
"Amma Rusiya kursunu dəyişməlidir", - o, hava hücumlarından və eskalasiyadan imtinanı nəzərdə tutaraq vurğulayıb.
Öz növbəsində, AK sədri Ursula fon der Lyayen bildirib ki, danışıqlar prosesində Avropanın iştirakı Ukraynanın və Aİ-nin özünün maraqlarını qorumaq üçün zəruridir.
O vurğulayıb ki, Aİ Kiyevi dəstəkləməyə davam edəcək və Ukraynaya etibarlı, eləcə də hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətlərinin verilməsinin, həmçinin müharibədən sonrakı bərpa və iqtisadi inkişaf proqramının hazırlanmasının tərəfdarıdır.
İrlandiyanın Baş naziri Mixol Martin Avropanın təmsil olunması ilə bağlı qərarı şərh edərək, razılaşdırılmış formatı müzakirələrin konstruktiv nəticəsi adlandırıb.
Bununla yanaşı, Koşta bildirib ki, Aİ Şurasının noyabrın 26-27-də keçiriləcək növbəti iclasında liderlər AK-nin təklifləri əsasında Ukraynanın gələn il və sonrakı dövr üçün maliyyə ehtiyaclarını müzakirə edəcəklər.
ABŞ-nin B-21 Raider bombardmançı təyyarəsinin silah sistemləri sınaqdan keçirilir