17 noyabr 2026 01:23
124

Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir

Ukrayna münaqişəsinin davamlı həlli üçün ölkəyə etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi və onun Avropa İttifaqına üzvlüyü istiqamətində irəliləyişin təmin olunması vacibdir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner sosial media hesabında yazıb.

O bildirib ki, son bir il ərzində Ukrayna və Avropa tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində Ukraynanın gələcək təcavüzdən qorunması, Aİ-yə üzvlük yolunun dəstəklənməsi və müharibədən sonrakı iqtisadi inkişaf planının hazırlanması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub.

Kuşnerin sözlərinə görə, Avropa İttifaqı, Dünya Bankı və digər tərəfdaşlarla hazırlanan iqtisadi plan Ukraynanın maliyyə sabitliyini, bərpasını, investisiya cəlbini və uzunmüddətli iqtisadi artımını hədəfləyir.

O qeyd edib ki, bu məqsədlərin həyata keçirilməsi Kiyevə Moskva ilə qalan mürəkkəb məsələləri danışıqlar yolu ilə həll etməyə imkan verəcək.