ABŞ-nin bir neçə böyük bankının müştəriləri onlayn xidmətlərdə fasilələrlə üzləşiblər və hesablarına daxil olmaqda çətinlik çəkirlər.
“İki sahil” "Associated Press"ə istinadən xəbər verir ki, şikayətlər "Bank of America", "Chase", "U. S. Bank", "Wells Fargo" və "Zelle" ödəniş sisteminin işindən daxil olub.
"Chase Bank"ın nümayəndəsi texniki problemlərin mövcudluğunu təsdiqləyərək, bunun kiberhücumla əlaqəli olmadığını vurğulayıb. "Texniki problem səbəbindən bəzi əməliyyatlar adi haldan daha uzun sürür, lakin müştərilər hələ də hesablarına və fondlarına giriş əldə edirlər. Problemi mümkün qədər tez aradan qaldırmaq üçün çalışırıq", - bankın nümayəndəsi deyib.
Bəzi istifadəçilər, daha sonra yenidən cəhd etmək tövsiyəsi ilə fərdi xidmətlərin müvəqqəti əlçatmazlığı barədə bildirişlər alıblar. Problemlərin miqyası və xidmətlərin tam bərpa müddəti hələ aydın deyil.
Bankların xidmətindəki nasazlıqlar barədə məlumatlar, cümə günü baş verən və bir neçə saat davam edən "Microsoft"un xidmətlərinin geniş miqyaslı pozuntusundan bir neçə gün sonra ortaya çıxıb. Sonra problemlər "Outlook", "Teams" və "Copilot" – süni intellekt köməkçisinə təsir edib.
Kuşner: Ukrayna münaqişəsinin davamlı həlli üçün təhlükəsizlik zəmanətləri vacibdir
Ukrayna, ABŞ və Avropa nümayəndələri münaqişənin tənzimlənməsini müzakirə ediblər