24 noyabr 2026 18:49
73

Ceyhun Bayramov: Azərbaycan və Gürcüstan arasında geniş əməkdaşlıq mövcuddur

Gürcüstan Azərbaycan üçün dost və strateji tərəfdaş ölkədir. Xalqlarımız arasında dərin tarixi bağlar mövcuddur. Azərbaycan-Gürcüstan münasibətlərinin geniş və zəngin əməkdaşlıq gündəliyi var.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Parlamentlərarası əlaqələr də daxil olmaqla, ölkələrimiz arasında əməkdaşlıq yüksək intensivliyi ilə seçilir. Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələri əhatə edən geniş əməkdaşlıq mövcuddur. İki ölkə arasında 145 sənəd imzalanıb, daha 18 sənədin hazırlanması istiqamətində işlər davam etdirilir”, - deyə nazir qeyd edib.