Ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 4 milyard dollar həcmində investisiya yatırılıb. Eyni zamanda, Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon dollar təşkil edir.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Dünyada baş verən proseslər və mövcud problemlər Azərbaycan-Gürcüstan nəqliyyat-logistika dəhlizlərinə marağı daha da artırıb. Biz hər il bu dəhlizlər vasitəsilə daşınan yüklərin həcmində artım müşahidə edirik”, - deyə Ceyhun Bayramov əlavə edib.
Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb