26 noyabr 2026 10:24
85

Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi

Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero “Sampdoriya”nın heyətində növbəti qollarını vurub.

“İki sahil” xəbər verir ki, o, İtaliya B seriyasında 13-cü turunda "Padova" ilə səfər matçında dubl edib.

18 yaşlı hücumçu 19 və 84-cü dəqiqələrdə rəqib qapısına yol tapıb. "Sampdoriya" bu qollar sayəsində qələbə qazanıb - 2:1. Mezzotero matçda əvəzlənmədən oynayıb.

Bu, gənc hücumçunun "Sampdoriya"ın əsas komandasında vurduğu 4-cü qol olub. O, ötən tur "Benevento" ilə oyunda da qol vurmuşdu.