28 noyabr 2026 23:36
101

Rusiya ordusunun PUA bölməsinin daimi yerləşdirilmə məntəqəsinə zərbə endirilib

Ukrayna qüvvələri Rusiya ordusunun Berdyansk şəhərində yerləşən “Rubikon” pilotsuz uçuş aparatı (PUA) bölməsinin daimi yerləşdirilmə məntəqəsinə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Cənub Qüvvələr Qrupu məlumat yayıb.

Bildirildiyinə görə, zərbə nəticəsində Rusiya ordusunun operatorlarının təlim keçdiyi təlim bazası, eləcə də şəxsi heyət və PUA-ların saxlanma yerləri məhv edilib.

İlkin hesablamalara görə, Rusiya qoşunlarının 30-dan çox hərbçisi həlak olub və 70-dək yaralı var.

Tapşırığın icrasında “Harpy” Qrupu bölməsi, Ukrayna Xarici Kəşfiyyat Xidməti, Ukrayna Təhlükəsizlik Xidmətinin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzi, 422-ci “Luftwaffe” Pilotsuz Sistemlər Alayı və 427-ci “Rarog” Pilotsuz Sistemlər Briqadası iştirak edib.