28 noyabr 2026 23:50
92

Kaliforniyada zəlzələ baş verib

ABŞ-ın Kaliforniya ştatının cənubunda 5 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Los-Anceles dairəsinin Manhetten-Biç şəhərindən təxminən 6 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 12,2 kilometr dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.