“Brent” markalı xam neftin bir barrelinin qiyməti 2018-ci ildən tədricən bahalaşacaq. Bu ilin yanvar ayında bir barreli 54 dollar olan “Brent” tədricən bahalaşaraq dekabrda təxminən 59 dollar/barrel olacaq. İllik göstəricidə isə “Brent”in orta qiyməti 56 dollar/barrel təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumatda deyilir.
EİA-nın proqnozuna görə, xam neft ehtiyatlarının azalmasının təsiri ilə “Brent” markalı neftin qiyməti gələn ildən tədricən bahalaşmağa başlayacaq.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub