Kürdəmir rayonunda keçən il Karrar qəsəbəsi də daxil olmaqla, 11 kənd yaşayış məntəqəsi qazlaşdırılıb.
Ağsu Regional Qaz İstismar İdarəsindən AZƏRTAC-a bildirilib ki, qazlaşdırılan yaşayış məntəqələrində, ümumilikdə, 1572 abonent var. Beləliklə, rayon üzrə qazlaşdırma səviyyəsi 90,3 faizə çatdırılıb. Hazırda təbii qazla təmin olunmayan digər yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində də işlər davam etdirilir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub