30 yanvar 2017 20:51
216

Neftin qiyməti bu yay 65 dollar/barrelə çatacaq

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatın azaldılması strategiyası davam edəcəyi təqdirdə neftin bir barrelinin qiyməti bu yay 65 dollara çatacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə dünyanın ən böyük banklarından olan “JP Morgan” məlumat yayıb.

Bank hesab edir ki, neft qiymətinin 2018-ci ildə də 60 dollar/barreldən baha olması üçün isə OPEC-ə üzv və kartelə üzv olmayan ölkələrin neft hasilatının azaldılması sazişi 2017-ci ilin 3-ci rübünü və sonrakı dövrü əhatə etməlidir. Lakin indiki şəraitdə bu real görünmür.