Rusiyanın neft ixracı ötən ilin 11 ayında 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artaraq 233,2 milyon tona çatıb.
AZƏRTAC Rusiya Federal Statistika Xidmətinə (“Rosstat”) istinadla xəbər verir ki, həmin dövrdə ölkənin ümumi ixracında neftin payı 26,5 faizdən 26,1 faizə geriləyib, bütün enerji məhsullarının ümumi ixracdakı payı isə 41,6 faizdən 44,8 faizə yüksəlib.
Ötən ilin noyabr ayında 1 ton neftin qiyməti 326,4 dollar, qlobal bazarlarda “Ural” markalı neftin 1 tonunun qiyməti isə 320,3 dollar olub.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub