Dad baxımından şüyüdə bənzəyən bu bitki Pakistan və Hindistan mətbəxi əsas olmaqla bir çox ölkələrdə geniş yayılmışdır. Razyana çayı həzm, mədə ağrıları, yüksək hərarət kimi xəstəliklərin müalicəsində istifadə olunur. Razyana toxumları mineral cəhətdən zəngin olduğu üçün, bu ədviya ilə hazırlanan çay soyuqdəymə, qrip və halsızlığa qarşı istifadə edilir. İnsanlar tərəfindən yaxşı tanınmayan bir xüsusiyyəti isə şişmiş gözlər üçün faydasıdır. Razyana çayına batırılmış pambığı gözlərinizin üzərinə qoyun və 15 dəqiqə saxlayın. Bu üsul şişlikləri aradan qaldıracaq.
Razyana çayının da başqa bitki çaylarında olduğu kimi həddən artıq istifadə edildikdə əks təsirləri olduğunu unutmayın. Məsələn, hamilə qadınların bu çaydan çox içməsi məsləhət görülmür. Hər hansı bir narahatlıq səbəbindən mütəmadi olaraq dərman istifadə edirsinizsə, həkiminizin məsləhəti olmadan bu çaydan istifadə etməyin.
İştah: Razyana çayının birbaşa iştah azaltma kimi bir xüsusiyyəti yoxdur. Ancaq bəzi araşdırmalar nəticəsində məlum olub ki, razyana çayı mədə xəstəliklərində, xəstəliyə səbəb olan bakteriyalarla savaşır və aclıq hissini aradan qaldırır.
Ana südü: Bu çayın ana südünü artırmaqda inanılmaz faydaları var.
Qaza: Razyana çayı ağrı azaltma xüsusiyyətinə malikdir.
İnfeksiya: Kalsium və başqa minerallar baxımından zəngin olan bu çay hərarəti aşağı salır və infeksiyalara qarşı orqanizmin müqavimətini artırır.
Röya Şahbazi, “İki sahil”