“İki sahil” upstreamonline.com saytına istinadən xəbər verir ki, Oklahoma ştatında yerləşən neft saxlayan anbarda baş verən güclü partlayış nəticəsində 1 nəfər həyatını itirib.
Garfield əyalətidə “Berexco” şirkətinin operatoru olan ərazidəki neft saxlayan anbarda baş verən bu partlayışın hansı səbəbdən baş verməsi hələ ki, heç kimə aydın deyil. Ölən şəxsin “Berexco” şirkətinin işçisi olmadığı bildirilir. Garfield əyalətinin sözcüsü Niles yanğında həyatını itirən şəxsin kimliyini aydınlaşdırmağın mümkün olmadığını buna səbəb isə yanğının güclü olması ilə əlaqələndirib.
Ştatın səlahiyyətli nümayəndələri ölənin şəxsiyyətini müəyyənləşdirmək və ölüm səbəbini öyrənmək üçün cəsədi ekspertizaya göndəriblər. Niles həmçinin yanğının elə də böyük problem yaratmadığını və slızmaya səbəb olacaq hadisənin baş vermədiyini bildirib. Qeyd edək ki, Garfield əyaləti hələ ki , yanğın barədə başqa heç bir məlumat verməyib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub