SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) sifarişi əsasında şirkətin Geofizika və Geologiya İdarəsinin Kəşfiyyatgeofizika İstehsalat Bölümü tərəfindən Yevlax-Ağcabədi neftli-qazlı rayonunun Zərdab-Şıxbağı-Qışlaq sahəsində seysmik, qravimetrik və maqnitometrik üsullarla tədqiqat işləri həyata keçirilib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 178,5 kvadrat kilometrlik sahədə seysmik, 345 xətti kilometr həcmində qravimetrik və 345 xətti kilometr həcmində maqnitometrik çöl işləri aparılıb, əldə olunmuş materiallar emal və interpretasiya edilib. İşlər ekologiya, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl olunmaqla aparılıb.
Zərdab-Şıxbağı-Qışlaq sahəsində alınmış məlumatların kompleks təhlili əsasında ərazinin geoloji quruluşu dəqiqləşdirilib, sahənin neftlilik-qazlılığı proqnozlaşdırılıb, müxtəlif horizontlar üzrə struktur xəritələr qurulub, kəşfiyyat quyusunun qazılması üçün yerlər tövsiyə edilib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub