Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” Şimal dənizindəki 3,8 milyard dollar dəyərindəki 10 neft yatağını mərkəzi ofisi Londonda yerləşən “Chrysaor” şirkətinə satacaq.
AZƏRTAC “Royal Dutch Shell”ə istinadla xəbər verir ki, artıq şirkətlər yataqların alqı-satqısı barədə razılığa gəliblər. Müqavilə çərçivəsində “Shell” “Schiehallion” platformasındakı 10 faizlik səhmini “Chrysaor”a verəcək. Şirkətin həmin platformada çalışan 400 işçisi də “Chrysoar” şirkətinə transfer ediləcək.
“Shell”in maliyyə meneceri Simon Henry neft yataqlarının satışı üzrə qərarın şirkətin inkişaf proqramının bir hissəsi olduğunu bildirib.
Sözügedən yataqlardan gündəlik 115 min barrel neft hasil olunur. Bu həcm “Shell”in Şimal dənizindəki ümumi neft hasilatının yarısını təşkil edir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub