Ötən hesabat həftəsində ABŞ-ın neft ehtiyatları 6,466 milyon barrel (1,3 faiz) artaraq 494,8 milyon barrel olub.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb. Bildirilir ki, ölkənin benzin ehtiyatları isə həftə ərzində 3,866 milyon barrel (1,5 faiz) artaraq 257,1 milyon barrel təşkil edib.
ABŞ-ın gündəlik neft hasilatı 46 min barrel (0,5 faiz) azalaraq 8,915 milyon barrel olub.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub