02 fevral 2017 20:50
296

Gürcüstan hökuməti ilə BP arasında müqavilə imzalanıb

Fevralın 2-də Gürcüstan hökuməti ilə BP arasında Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Cənub Qaz Dəhlizinin, Qərb boru kəmərinin və ona aid olan Supsa terminalı və onun infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müqavilə imzalanıb.

Gürcüstan Daxili İşlər Nazirliyindən bildiriblər ki, imzalama Gürcüstanın daxili işlər naziri Qeorqi Mqebrişvilinin BP şirkətinin baş meneceri Kris Şlitter ilə görüşü çərçivəsində baş tutub. Görüşdə Gürcüstan ərazisindən keçən boru kəmərlərinin təhlükəsizliyi, risklər nəzarət və s məsələlər müzakirə edilib.

DİN-in strateji boru kəmərlərinin mühafizəsi departamenti səlahiyyəti çərçivəsində BTC, Supsa terminalı və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi üçün işlər görəcək.