Dünyanın ən böyük enerji şirkətlərindən biri olan “Royal Dutch Shell” ötən ilin sonuncu rübündəki gəliri 2015-ci ilin analoji dövrü ilə müqayisədə 44 faiz azalaraq 1 milyard dollar təşkil edib. Şirkətin 2015-ci ilin son rübündəki gəliri 1,8 milyard dollar olub.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Royal Dutch Shell”in illik qazancı isə 8 faiz azalaraq 3,5 milyard olub. 2015-ci ildə isə bu rəqəm 3,8 milyard dollar təşkil edib.
“Şirkətin borcları azalıb. Ardıcıl ikinci rübdür ki, “Royal Dutch Shell”in sərbəst pul axınını əsasən nağd dividendlər təşkil edib. Şirkət bu il davamlı layihələrinə 25 milyard dollar sərmayə qoyacaq”, - deyə “Royal Dutch Shell”in baş icraçı direktoru Ben van Beurden bildirib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub