Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) uzlaşdırılması” konsepsiyasının tətbiqinin ölkəyə gətirəcəyi faydalar barədə müzakirələr aparılıb.
ARDNF-dən AZƏRTAC-a bildirilib ki, fevralın 2-də Dövlət Neft Fondunda (ARDNF) “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün uzlaşdırılması” mövzusunda “dəyirmi masa” keçirilib. MHŞT üzrə Beynəlxalq Katibliyin rəhbəri Yonas Moberg, ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov, Dünya Bankının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Naveed Hasan Naqvi, Çoxtərəfli Qrupun üzvləri, MSŞA üzrə QHT Koalisiyasının üzvləri, MHŞT üzrə Hökumət Komissiyasının üzvləri, Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Təbii Resursların İdarə olunması İnstitutu və ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin nümayəndələri “dəyirmi masa”da iştirak ediblər.
“Dəyirmi masa”da “MHŞT-nin uzlaşdırılması” (“EITI Mainstreaming”) konsepsiyasının ictimaiyyətə çatdırılması, ölkədə təşəbbüsün tətbiqində bütün maraqlı tərəflərin bir yerə toplanması və bu konsepsiyanın tətbiqinin ölkəyə gətirəcəyi faydalar barədə müxtəlif müzakirələr aparılıb.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub