2017-ci ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) vasitəsilə 2 milyon 412 min 263 ton Azərbaycan nefti nəql edilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il fevral ayının 1-dək BTC-yə 323 milyon 950 min 325 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin yanvar ayında BTC kəməri ilə 935 min 880 ton Türkmənistan nefti nəql olunub.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub