İran təbii qaz ehtiyatlarını 1,8 trilyon kubmetr artırıb.
AZƏRTAC “Mehr” agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin başçısı Əli Kardor deyib. O bildirib ki, hazırda ölkənin təbii qaz ehtiyatları təxminən 55,3 trilyon kubmetrdir.
“Yeni qazılmış neft və qaz yataqlarından çıxarıla bilən təbii qazın həcmi təxminən 1,04 trilyon kubmetrdir. Hazırda İranın çıxarıla bilən təbii qaz ehtiyatlarının həcmi isə ümumilikdə 37,3 trilyon kubmetr təşkil edir. İrandakı qaz yataqlarının bərpa edilmə səviyyəsi təxminən 69,62 faizdir”, - deyə Əli Kardor əlavə edib.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub